Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Cəfərov/
Əfqanıstan Prezidenti Həmid Kərzai gələn həftə İrana səfər edəcək.
Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, H.Kərzai səfər zamanı İran rəsmiləri, o cümlədən Prezident Həsən Ruhani ilə görüşəcək.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.