Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:
Babayeva Kəmalə Ələkbər qızı
Fətəliyev Vəli Muxtar oğlu
Mozqunova Tatyana Maratovna
Salahova Leyla Yunis qızı
Süleymanova Ülkər Məhəmməd qızı
"Tərəqqi" medalı ilə:
Babayeva Zülfiyyə Aslan qızı
Cəfərquliyev Fərhad Bəhlul oğlu
Ələkbərov Rasim Ələkbər oğlu
İbadova Məlahət Əsədxan qızı
Quliyev Rəhman İsmayıl oğlu
Qurbanov Ənvər Cəllad oğlu
Məmmədov Mehman Hüsan oğlu
Nuriyev Tahir Faiq oğlu
Salahova İradə Yunis qızı
Vəliyeva Almaz Salman qızı
Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:
Cəfərov Firad Dadaş oğlu
Əliyev Çingiz Paşa oğlu
Hacıyev Konstantin Hacı-Ağa oğlu
Nuşiyev Mövludpaşa Məmmədxan oğlu