...

Bakıda Qətərin milli bayramı qeyd edilib

Siyasət Materials 19 Dekabr 2013 19:47 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.
Bakıda Qətərin milli bayramı qeyd edilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Qətər Dövlətinin milli Bayramı qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qətərin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Əl-Tani bu günün Azərbaycanda qeyd olunmasından məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, Azərbaycan ilə Qətər arasında qardaşlıq əlaqələri inkişaf etməkdədir:

"Azərbaycan sabitliyini və öz xalqının əmin-amanlığını daxili imkanları hesabına təmin edərək uğurla inkişaf edir və beynəlxalq aləmdə layiqli yerini tutur".

Daha sonra Qətər Dövlətini Azərbaycan Prezidenti İlham Əliyev adından təbrik edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətər xalqına uğurlar arzu edib. Nazir qeyd edib ki, Azərbaycan ilə Qətər arasında əlaqələr dostluq və strateji əməkdaşlıq üzərində qurulur: "İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar var".

Nazir vurğulayıb ki, iki ölkə arasında əlaqələrin inkişafına birbaşa hava xəttinin açılması təkan verəcək.

Ə.Abbasov bildirib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti