...

Azərbaycanda həbsdə olan İran vətəndaşı ilə bağlı danışıqlar aparılır

Siyasət Materials 7 Yanvar 2014 11:56 (UTC +04:00)
Azərbaycanda həbsdə olan İran vətəndaşı Bəhram Feyzi ilə bağlı hazırda iki ölkə arasında konsulluq fəaliyyəti davam etdirilir.
Azərbaycanda həbsdə olan İran vətəndaşı ilə bağlı danışıqlar aparılır

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda həbsdə olan İran vətəndaşı Bəhram Feyzi ilə bağlı hazırda iki ölkə arasında konsulluq fəaliyyəti davam etdirilir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İRİNN kanalı məlumat verir.

M.Əfxəm bildirib ki, bu xəbəri eşitdikdən sonra İran məsələnin üstündə durub və Azərbaycan tərəfi ilə əlaqə yaradılıb, Azərbaycanın İrandakı səfiri ilə məsləhətləşmələr aparılıb.

Onun sözlərinə görə, B.Feyzinin azadlığa buraxılması ilə bağlı işlər davam etdirilir: "Biz məsələni həm Tehrandan, həm də Bakıdan izləyirik".

Qeyd edək ki, Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

İttihama görə, İranın xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti