Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/
Müsavat Partiyası Milli Şuradan çıxıb. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deyib.
Onun sözlərinə görə, Milli Şuradan çıxmaq barədə qərar partiyanın dünən keçirilmiş Divanında verilib.
Qərarda qeyd edilir ki, Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb. Yaxın saatlarda bununla bağlı bəyanat yayılacaq.