...

İran Küveytdə Suriya xalqına yardım üzrə konfransda iştirak edəcək

Siyasət Materials 13 Yanvar 2014 16:18 (UTC +04:00)
İran yanvarın 15-də Küveytdə keçiriləcək Suriya xalqına yardım üzrə beynəlxalq toplantıya qatılacaq. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Küveytə səfər edəcək.
İran Küveytdə Suriya xalqına yardım üzrə konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir T.Cəfərov/

İran yanvarın 15-də Küveytdə keçiriləcək Suriya xalqına yardım üzrə beynəlxalq toplantıya qatılacaq. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Küveytə səfər edəcək.

Suriya xalqına yardım üzrə beynəlxalq konfransda dünyanın 86 ölkəsindən rəsmi şəxslər, QHT, regional və beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər. Toplantıda BMT-nin baş katibi Pan Gi Munun çıxışı gözlənilir.

Yığıncaqda Suriyada baş verən hadisələr, suriyalı qaçqınlara yardımın yolları və onların vətənlərinə dönməsi üçün lazımi işlərin görülməsi kimi məsələlər müzakirə olunacaq.

Bu toplantıya qatılacaq ölkələr Suriya xalqına kömək məqsədilə 6 milyard 500 milyon dollar məbləğində yardım toplayacaqlar.

Qeyd edək ki, Suriya xalqına yardım üzrə ilk beynəlxalq toplantı 2013-cü ilin yanvar ayında Küveytdə keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti