...

Misirdə səslərin hesablanmasına başlandı

Siyasət Materials 16 Yanvar 2014 01:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Misirin yeni konstitusiya layihəsi üzrə referendumda səsvermə üçün məntəqələr bağlanıb, seçki komissiyaları səsləri hesablamağa başlayıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Kafr əş-Şeyx vilayətindəki seçki məntəqələrindən birində səsvermənin nəticələri artıq açıqlanıb. Burada yeni əsas qanunun təsdiq edilməsinin lehinə 1362 nəfər, əleyhinə isə cəmi 17 nəfər səs verib.

Referendum iki gün (14-15 yanvar) ərzində keçirilib.

Ölkənin Ali Seçki Komissiyasının məlumatına görə, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub. Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq.

Qeyd edək ki, referendumun ilk günü qanlı toqquşmalarla yadda qalıb.

Yeni Konstitusiya layihəsi 247 maddədən ibarətdir. Sənəd qəbul olunarsa, ölkədə dini prinsip üzrə siyasi partiyaların yaradılması və siyasi fəaliyyət qadağan olunacaq. Həmçinin Məsləhət Şurası (parlamentin Yuxarı palatası) ləğv olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti