...

Avropa Parlamenti: Yanukoviç parlamenti buraxmalı və seçkilər keçirməlidir

Siyasət Materials 23 Yanvar 2014 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Ukrayna Prezidenti Viktor Yanukoviç iki aydır davam edən kütləvi etiraz aksiyaları fonunda Ali Radanı buraxmalı və erkən seçkilər keçirməlidir. Trend-in Ukrayna mətbuatına istindən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin rəhbəri Martin Şults deyib.

Onun sözlərinə görə, V.Yanukoviç parlament çoxluğunun və cəmiyyətin böyük əksəriyyətinin dəstəyini itirib: "Hər bir sağlam düşüncəli prezident bu şəraitdə parlamenti buraxar və yeni seçkilər elan edərdi".

M.Şults qeyd edib ki, dünən mövcud vəziyyəti Ukraynanın hakimiyyət və müxalifət nümayəndələri ilə müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti