...

Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri AŞ PA komitəsinin sədri seçilib

Siyasət Materials 30 Yanvar 2014 17:08 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) komitə rəhbərləri seçilib.
Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri AŞ PA komitəsinin sədri seçilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir S.Əhmədova/

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) komitə rəhbərləri seçilib.

Trend-in AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Fransa Milli Assambleyasının üzvü Tyeri Mariani AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin sədri seçilib.

Yunanıstandan Teodora Bakoyannis AŞ PA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin sədri, Böyük Britaniyadan Ceyms Klappison Hüquq Məsələləri və İnsan Hüquqları üzrə Komitənin sədri, Moldovadan Valeriu Giletçi Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin sədri, Moldovadan Ana Qutu Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin sədri, Avstriyadan Gizela Vurm Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin sədri, Serbiyadan Nataşa Vuçkoviç Prosedur Qaydaları, İmmunitet və İnstitusional Məsələlər üzrə Komitənin sədri, Avstriyadan Ştefan Şennax isə Avropa Şurasına üzv ölkələrin öhdəliklərinin yerinə yetirilməsi üzrə Komitənin (Monitorinq Komitəsi) sədri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti