...

İran və Qətər əməkdaşlığı genişləndirmək məqsədi ilə müştərək siyasi komitə yaradırlar

Siyasət Materials 16 Fevral 2014 09:26 (UTC +04:00)
İran və Qətər arasında ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə müştərək siyasi komitə yaradılır.
İran və Qətər əməkdaşlığı genişləndirmək məqsədi ilə müştərək siyasi komitə yaradırlar

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir T.Cəfərov/

İran və Qətər arasında ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi ilə müştərək siyasi komitə yaradılır.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə İran xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian ötən axşam Qətərə səfər edib.

Səfərdə məqsəd ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələləri müzakirə etməkdir.

H.Əmirabdullahian Qətərdən sonra Omana səfər edəcək. Səfər zamanı Oman rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üzrə müzakirələr aparılacaq.

Nazir müavininin martın ortalarında Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti