...

Azərbaycan hərbçiləri NATO və ABŞ-la əməkdaşlıq çərçivəsində beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 3 Mart 2014 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-dən martın 7-dək Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan - ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti