...

Putin: Rusiya Ukraynanın kömək üçün xahişinə cavab vermək hüququnu özündə saxlayır

Siyasət Materials 4 Mart 2014 15:22 (UTC +04:00)
Əgər şərq regionlarında da Kiyevdə olduğu kimi özbaşınalıq başlayarsa, Rusiya Ukrayna vətəndaşlarının müdafiəsi üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Putin: Rusiya Ukraynanın kömək üçün xahişinə cavab vermək hüququnu özündə saxlayır

Azərbaycan, Bakı, 4 mart /Trend/

Əgər şərq regionlarında da Kiyevdə olduğu kimi özbaşınalıq başlayarsa, Rusiya Ukrayna vətəndaşlarının müdafiəsi üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı jurnalistlərə bildirib: "Əgər biz görsək ki, şərq regionlarında özbaşınalıq başlayır, əgər adamlar bizdən kömək istəsələr, fəaliyyətdə olan legitim prezidentin isə rəsmi müraciəti bizdə var, onda biz həmin vətəndaşların müdafiəsi üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququnu özümüzdə saxlayırıq. Və bunu tamamilə legitim hesab edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti