Azərbaycan, Bakı, 6 mart /Trend/
Ukrayna Kiyevdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının vaxtını martın 7-dən 12-nə keçirməyi təklif edir.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın MDB koordinasiya institutları yanında daimi səlahiyyətli nümayəndəsi İvan Buneçko deyib.
Onun sözlərinə görə, bəzi ölkələr görüşə hazır olmadıqlarına görə iclasın tarixi başqa vaxta keçirilir: "Bundan başqa, bir sıra XİN rəhbələri də görüşdə iştirak etməyə hazır deyillər".