Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan dövlətlərarası prinsipləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov martın 16-da Krım Muxtar Respublikasında keçiriləcək referundumla bağlı Azərbaycanın mövqeyini şərh edərkən deyib.