...

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı qeyd edilib (FOTO)

Siyasət Materials 18 Mart 2014 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Əhmədova/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı qeyd edilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları qarşısında uşaq milli rəqs ansambları, o cümlədən "Səma" qrupu iştirak edib, muğam ifa edilib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qonaqları salamlayaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

R.Morninqstar bildirib: "Baharın gəlişini bildirən sevimli bayram bizim üçün ilin ən əziz günüdür. Sizin hamınızın bayramını təbrik edirəm".

O, tədbirin təşkilində rolu olan hər kəsə minnətdarlığını bildirib.

Sonra səfir Novruz bayramının simvolları sayılan Kosa və Keçəllə yumurta döyüşdürüb və tonqalın üstündən tullanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti