...

Çeçenistan Prezidenti Doku Umarovun öldüyünü təsdiq edib

Siyasət Materials 18 Mart 2014 20:57 (UTC +04:00)
Çeçenistan Prezidenti Ramzan Kadırov yaraqlıların lideri Doku Umarovun öldüyünə şübhə etmir.
Çeçenistan Prezidenti Doku Umarovun öldüyünü təsdiq edib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Çeçenistan Prezidenti Ramzan Kadırov yaraqlıların lideri Doku Umarovun öldüyünə şübhə etmir. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu R.Kadırov "Instagram" sosial şəbəkəsində yazıb.

R.Kadırov yazır: "Biz daha əvvəl demişdik ki, Umarov Soçi-2104 olimpiadası üçün heç bir təhlükə törətmir, həmçinin bəyan etmişdik ki, onu Olimpiya Oyunlarına qədər məhv edəcəyik".

O, qeyd edib ki, keçirilmiş xüsusi əməliyyatların birində D.Umarov zərərsizləşdirilib: "Bu məlumatı yaraqlılar da təsdiqləyir. Xüsusi xidmət orqanları və KİV-in terrorçunun ölümünə inanması üçün daha nə etmək lazımdır?"

Milli Antiterror Komitəsi məsələ ilə bağlı şərh verməkdən hələlik imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti