Azərbaycan, Bakı, 20 mart /Trend/
Moskva Ukraynadan Rusiya ilə viza rejiminə keçid məsələsi üzrə rəsmi bildiriş almayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Şuranın Rusiyaya qarşı viza rejiminin tətbiq edilməsi haqqında qərar qəbul etdiyini deyib. Öz növbəsində, Ukraynanın Baş naziri Arseniy Yatsenyuk bildirib ki, Kiyev Rusiya ilə viza rejimini tətbiq etməyə və xarici pasportlara keçməyə tələsməməlidir.
RF XİN-in bəyanatında qeyd olunur: "Rusiyada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının viza rejimi məsələsi üzrə mövqeyi ilə tanış olublar. Biz hələ də Ukraynadan rəsmi bildiriş almamışıq".