Gürcüstan, Tbilisi, 20 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Qardabani rayonunu ziyarət edib və yerli azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
Qardabaninin mərkəzində prezidentə teatr tamaşaları göstəriblər və ənənəvi Azərbaycan yeməkləri ilə təam ediblər.
"Bu bayram ilə biz yeni bir başlanğıcı qeyd edirirk. Hər bir çətinliklər və problemlər keçəcək və biz yeni ümid və yeni hisslərlə ilə yazı qarşılayacağıq. Bu gün mən sizinləyəm və fəxr edirəm ki, biz - gürcülər və azərbaycanlılar bizim gözəl dövləti qururuq. Mən sizi çox sevirəm və birlikdə biz tezliklə böyük uğurlar əldə edəcək ", - Margvelashvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşları olan gürcülər və azərbaycanlılar birlikdə həmişə yan-yana çalışırlar.