...

Avropa Parlamenti Ukrayna üçün ticarət güzəştlərinin tətbiq edilməsinin lehinə səs verib

Siyasət Materials 3 Aprel 2014 15:27 (UTC +04:00)
Avropa Parlamenti Brüsseldə keçirilən iclasında Avropa İttifaqı (Aİ) tərəfindən Ukrayna üçün ticarət üzrə güzəştlərin tətbiq edilməsinin lehinə səs verib.
Avropa Parlamenti Ukrayna üçün ticarət güzəştlərinin tətbiq edilməsinin lehinə səs verib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Avropa Parlamenti Brüsseldə keçirilən iclasında Avropa İttifaqı (Aİ) tərəfindən Ukrayna üçün ticarət üzrə güzəştlərin tətbiq edilməsinin lehinə səs verib. Bu barədə Trend Avropa Parlamentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Bunadək isə parlamentin Beynəlxalq ticarət komitəsi müvafiq təklifi bəyənib. Deputatlar ukraynalı ixracatçıların Aİ ilə sərhəddə ödədiyi gömrük rüsumlarının 98 faizini ləğv etməyi təklif edirlər.

Aİ ümid edir ki, bu birtərəfli tədbir Ukrayna iqtisadiyyatının artımını stimullaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti