...

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası öz işinə başlayıb (FOTO)

Siyasət Materials 8 Aprel 2014 10:02 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasda beş ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan iştirak edir.
Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasda beş ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan iştirak edir.

Azərbaycan, Rusiya və Qazaxıstan iclasda Baş Qərargah rəisləri, Belarus və Qırğızıstan isə Baş Qərargah rəsilərinin I müavinləri səviyyəsində təmsil olunur.

MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq. İclas zamanı hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılacaq, eyni zamanda "Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası"nın layihəsinin nəzərdən keçirilməsi, "Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma", humanitar minatəmizləmə məsələləri, "Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş"in layihəsinə baxılması nəzərdə tutulur.

İclasda MDB dövlətlərin Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı və digər məsələlər də müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti