Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir S.Əhmədova/
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan Prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı sammitindəki çıxışına öz Twitter səhifəsində münasibət bildirib.
N.Məmmədov deyib: "Şərq Tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma "soyqırım"la bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".
PA rəsmisinin yazdığına görə, S.Sarkisyanın çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyev ona cavabında bildirib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"
Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.