...

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Danimarka və Almaniyaya səfər edəcəklər

Siyasət Materials 2 May 2014 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərindən ibarət nümayəndə heyəti mayın 4-11-də Danimarka və Almaniyaya səfər edəcəklər. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Danimarka və Almaniyanın dövlət rəsmiləri, parlamentariləri və QHT-ləriylə görüşlərin keçirilməsi, hər iki ölkənin vətəndaş cəmiyyəti inistitutları ilə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Səfər çərçivəsində Danimarka Xarici İşlər Nazirliyi və parlamentində, Almaniya Bundestaqında və digər bir sıra qurumlarda görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti