...

Azay Quliyev sabah Almaniyaya səfərə gedir

Siyasət Materials 5 May 2014 17:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq.
Azay Quliyev sabah Almaniyaya səfərə gedir

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Quliyev Avropa İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə Bundestaqda müxtəlif siyasi partiyaları təmsil edən deputatlarla görüşəcək.

Səfər proqramına uyğun olaraq A.Quliyev "Avroqafqaz" təşkilatının reallaşdırdığı layihə çərçivəsində "Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?" mövzusunda təşkil edilmiş "dəyirmi masa"da, eləcə də Liberal Türk-Almaniya Assosiasiyasının "Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi" mövzusunda keçirəcəyi müzakirələrə qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti