Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2014" təlimi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 5-dən Qaraheybət Təlim Mərkəzində keçirilən, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi bu gün başa çatıb.
Ssenariyə əsasən, təlimə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 helikopter cəlb olunub.
Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.