Azərbaycan, Bakı, 12 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin hərəkatına, eləcə də qeyri-leqal qruplaşmalara qarşı mübarizəyə başlanacağını vəd edib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi Türkiyənin "Sabah" qəzeti yayıb.
Ərdoğan vərəndaşları Gülən hərəkatının tərəfdarlarına münasibətdə ayıq olmağa çağırıb.
Bir müddət əvvəl Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırmış, ABŞ-ı isə onun dəstəkləməkdə ittiham etmişdi.