...

Müvəqqəti işlər vəkili: Papanın İordaniyaya səfəri tarixi əhəmiyyət daşıyır

Siyasət Materials 16 May 2014 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir R.Hafizoğlu/

Roma Papası Fransiskin İordaniyaya səfəri tarixi əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bunu İordaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadi Qvayder jurnalistlərə deyib.

Onun sözlərinə görə, Papa İordaniyaya iki günlük səfəri ərzində dualar edərək dini ayinlər keçirəcək.

Müvəqqəti işlər vəkil əlavə edib ki, İordaniya Haşimilər Krallığı müxtəlif dinlərin, məzhəblərin bir yerdə, tolerant şəkildə yaşadığı ölkədir: "Bundan əvvəl də Roma papaları İordaniya Krallığına səfər ediblər. Bu səfər zamanı isə Papa İordaniya Kralı tərəfindən qarşılanacaq".

F.Qvayder onu da qeyd edib ki, Papanın səfərini dünyanın müxtəlif
KİV-lərindən mindən çox jurnalist işıqlandıracaq.

Xatırladaq ki, Roma Papası Fransisk mayın 24-25-də İordaniyada səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti