...

Truonq Tan Sanq: Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək

Siyasət Materials 19 May 2014 19:14 (UTC +04:00)
Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək. Trend-in məlumatına görə, bunu Vyetnam Prezidenti Truonq Tan Sanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri çərçivəsində mətbuata bəyanatla çıxşında deyib.
Truonq Tan Sanq: Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək

Azərbaycan, Bakı, 19 may /Trend/

Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək. Trend-in məlumatına görə, bunu Vyetnam Prezidenti Truonq Tan Sanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri çərçivəsində mətbuata bəyanatla çıxşında deyib.

O, qeyd edib: Hörmətli cənab Prezident İlham Əliyev. Əziz dostlar. İcazə verin, Vyetnamda dövlət səfərində olan cənab Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvlərini hərarətlə salamlayım. Mən çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə güclü təkan verən cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Cənab Prezident İlham Əliyevlə açıq, etimad və əməkdaşlıq mühitində faydalı və səmərəli danışıqlar apardıq. Biz bir daha bildirdik ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir: "Vyetnam Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir".

Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq deyib: "Tərəflər bu müsbət meylli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, həmçinin bir qədər əvvəl əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər. Biz cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar".

Onun sözlərinə görə, Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır.

Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Prezident Truonq Tan Sanq Azərbaycan-Vyetnam münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək bildirib: "Mən qəti əminəm ki, hər iki tərəfin iradəsi və ümumi səyləri nəticəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək, hər iki tərəfə fayda gətirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti