...

Ukraynadakı hadisələr Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin qiymətinin azalmasına səbəb olub

Siyasət Materials 20 May 2014 10:39 (UTC +04:00)
Ukraynada baş verən siyasi hadisələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Rusiyadakı investisiyalarının qiymətlərinin azalmasına təsir edib.
Ukraynadakı hadisələr Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin qiymətinin azalmasına səbəb olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

Ukraynada baş verən siyasi hadisələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Rusiyadakı investisiyalarının qiymətlərinin azalmasına təsir edib.

Trend-in Dövlət Neft Fonduna istinadən verdiyi məlumata görə, bu ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq ARDNF-nin Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunub.

Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq, Fondun vəsaitlərinin idarə olunması bu ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnib.

Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş verib və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti