...

Küveytdə Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Siyasət Materials 26 May 2014 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Küveytdə 28 May - Respublika Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilmişdir.

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən keçirilən rəsmi qəbulda Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən, Küveytin məskunlaşma üzrə dövlət naziri Yasr Həsən Əbil, Qadın Məsələləri üzrə Komitəsinin sədri xanım Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah, paytaxt Əl-Küveyt şəhərinin valisi Səbit Məhəmməd Əl-Mihənnə, paytaxt Əl-Küveyt şəhərinin keçmiş valisi Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə əyalətinin valisi Faisal Əl-Humud Əl-Malik Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin prezidenti Favvaz Əl-Farah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və aparıcı kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələri, sürətlə inkişaf edən iqtisadiyyatı barədə sənədli film nümayiş etdirilmişdir.

Əməkdar incəsənət xadimi Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanovun ifasında konsert proqramı ifa olunmuşdur.

Tədbir haqqında məlumatlar və fotoşəkillər Küveytin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, KTV-1, KTV-2 və "Əl-Ray" televiziya kanallarında rəsmi qəbul və ölkəmiz haqqında süjetlər yayımlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti