Azərbaycan, Bakı, 29 may /Trend/
İslamabadda Azərbaycanın 28 May Respublika Günü münasibəti ilə keçirilmiş təntənəli mərasim Pakistan mediasında geniş işıqlandırılıb.
Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkənin nüfuzlu qəzetlərindən olan "Pakistan Observer", "The News", "Daily Times" və "The Nation" qəzetlərinin 28-29 may tarixli saylarında tədbir haqqında məqalələr dərc edib, PTV, VAKT TV, SUCH TV yerli televizya kanallarında reportajlar göstərilib.
Məqalələrdə, mərasimə qatılan nüfuzlu qonaqlar Senatının sədr müavini, Dini İşlər və Dinlər Arası Harmoniya, Fövqəladə Hallar naziri, Ticarət naziri, Pakistan Senatı və Milli Assambleyanın üzvləri, Pakistanın tanınmış siyasətçiləri, Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və digər qonaqlar müstəqil Azərbaycanın nailiyyətləri, zəngin mədəniyyəti, mətbəxi, incəsənəti ilə bir daha tanış olduqları qeyd edilib.
Bildirilib ki, Azərbaycandan gəlmiş muğam ustalarının tədbirdə Azərbaycan musiqi kompozisiyalarının ifaları isə tədbirə xüsusi rəngarənglik vermiş, çoxsaylı qonaqları olduqca məmnun edib. Xüsusi ilə, Pakistanın bir sıra əhəmiyyətli nazirlərinin və dövlət xadimlərinin mərasimə qatılması qəzetlərdə Pakistanın qardaş Azərbaycana göstərmiş olduğu diqqətin bariz nümunəsi kimi qiymətləndirilib.
Yazılarda Azərbaycan və Pakistan arasında münasibətlərin dərin tarixi-mədəni köklərə arxalandığı, son 23 ildə bu əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb, iki ölkənin demək olar ki bütün taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiyi bildirilib.
Bütün bunlarla yanaşı, Respublika günü ərəfəsində Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer" və "Pakistan in the world "qəzetlərində Azərbaycanın Səfiri Daşqın Şikarovun "Müsəlman Dünyasında ilk Demokratik Respublika" adlı məqaləsi həmçinin ingilis, urdu və ərəb dilli "Diplomatic İnsight" jurnalında respublika Günü ilə bağlı müraciəti, "Metro Watch" qəzetinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib.