...

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 30 May 2014 20:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına 28 May - Respublika Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir.
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına 28 May - Respublika Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir.

Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesin təbrikində deyilir: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Qarşıdan gələn illərin də ölkəniz üçün uğurlu olmasını diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Nepalın Prezidenti Ram Baran Yadavdan: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Nepal xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

XXX

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən: "Hörmətli cənab Prezident, Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bütün polşalılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və uğurlar diləyirəm.

Polşa ilə Azərbaycan arasında mövcud uğurlu münasibətlərdən, xalqlarımızın ənənəvi dostluq və yaxınlıq əlaqələrindən məmnunluğumu bildirirəm. Əminəm ki, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımız davam edəcəkdir. Cənab Prezident, cari ildə Sizin ölkəmizə gözlənilən səfərinizin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğumu bildirirəm.

Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığının gücləndirilməsi üçün Polşa Respublikasının dəstəyi dəyişməzdir.

Cənab Prezident, Sizə və xalqınıza firavanlıq arzu edirəm".

XXX

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Dost Azərbaycana və onun xalqına tərəqqi diləyirəm.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı əməkdaşlıq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan xalqı və hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz çətin sınaq zamanlarında həmişə bir-birinə dəstək olmuşlar. Əminəm ki, yaxın zamanda bizim əlaqələr daha da güclənəcək, xalqlarımızın qarşılıqlı rifahı və firavanlığı artacaqdır. Mən ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsini səbirsizliklə gözləyirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".

XXX

İordaniyanın Kralı II Abdullahdan: "Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm. İordaniya Haşimilər Krallığının xalqı və hökuməti də mənim təbriklərimə qoşulur.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzu edirəm".

XXX

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən yüksək ehtiramlarımla Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Qətər Hökuməti adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və qarşıdan gələn illərdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin güclənməsini diləyirəm".

XXX

Qətər dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və gələcək illərdə də inkişaf diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti