...

Slovakiyada "Avrasiya qitəsində münaqişə zonaları" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Siyasət Materials 2 İyun 2014 12:06 (UTC +04:00)
Slovakiyanın Piesçanı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Slovakiyanın Təhsil, Elm və İdman Nazirliyinin himayəsi, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun və Slovakiyanın Dunay Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya qitəsində münaqişə zonaları” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Slovakiyada "Avrasiya qitəsində münaqişə zonaları" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Slovakiyanın Piesçanı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin, Slovakiyanın Təhsil, Elm və İdman Nazirliyinin himayəsi, Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun və Slovakiyanın Dunay Universitetinin birgə təşkilatçılığı ilə "Avrasiya qitəsində münaqişə zonaları" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı Slovakiya Təhsil, Elm və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Peter Plavçan açıb.

Sonra Dunay Universitetinin rektoru Miroslav Daniş, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Slovakiyadakı fəxri konsul Cəlal Qasımov çıxış ediblər.

İki gün davam edən beynəlxalq elmi konfransda 30-a yaxın məruzə dinlənilərək müzakirə olunub. Məruzələrdə münaqişələri doğuran səbəblər, "qaynar nöqtələr"dəki qarşıdurmaların xarakteri və mahiyyəti, tarixi kökləri, münaqişələrin dinc yolla aradan qaldırılma imkanları barədə fikir mübadiləsi aparılıb. Ermənistanın işğalçı siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinə, Ukraynada cərəyan edən hadisələrə diqqət yetirilib.

Slovakiyalı alimlər Lukaç Rubarın və Lubitsa Harbulovanın məruzələri çağdaş Azərbaycan tarixinin bu səhifələrinə həsr edilib. Səfir V.Quliyev və fəxri konsul C.Qasımov konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, bir sıra sualları cavablandırıblar.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun dəstəyi ilə slovak dilində çap edilmiş, müəllifləri M.Daniş və L.Rubar olan "Azərbaycan tarixi" kitabının təqdimat mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti