...

Prezident İlham Əliyev: Təhsil, müasir texnologiyalar, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə Azərbaycanı gələcəyə aparır

Siyasət Materials 3 İyun 2014 11:52 (UTC +04:00)
Azərbaycanın iqtisadi vəziyyətinin əsas təməli 1994-cü ildə qoyulub. Bunu unutmamalı və yadda saxlamalıyıq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.
Prezident İlham Əliyev: Təhsil, müasir texnologiyalar, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə Azərbaycanı gələcəyə aparır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir S.Əliyev/

Azərbaycanın iqtisadi vəziyyətinin əsas təməli 1994-cü ildə qoyulub. Bunu unutmamalı və yadda saxlamalıyıq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra və bu sərginin təşkil edilməsindən sonra başlayıb: "Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə qoyulan investisiyalar, müasir texnologiyalara, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayə ölkəmizi gələcəyə aparır. Bizim maliyyə vəziyyətimiz çox sabitdir".

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçib: "Bizim xarici borcumuz ümumi daxili məhsulun 8%-ni təşkil edir. İşsizlik 5% səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70%-ni təşkil edir. Ölkəmizin rəqabətqabiliyyətliliyi artır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir. Bütün bunlara biz islahatların aparılması ilə nail ola bilmişik. Ancaq əgər neft faktoru olmasaydı, bizim zəngin yataqlarımız, resurslarımız olmasaydı və onlardan səmərəli şəkildə istifadə etməsəydik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı".

Dövlət başçısının sözlərinə görə, ona görə də biz keçmişə böyük hörmətlə yanaşırıq, dostlarımızın, tərəfdaşlarımızın, həm xarici neft şirkətlərinin, həm bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk: "Bu, bizim ümumi uğurumuza gətirib çıxardı və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir. Mən əminəm ki, növbəti sərgidə biz yeni uğurlardan danışacağıq, çünki keçən il biz sərgidə görüşəndə hələ "Şahdəniz 2" son investisiya qərarı qəbul edilməmişdi. Yəni bu, son 7-8 ay ərzində baş vermişdir. Əminəm ki, gələn ilin iyun ayında biz yeni uğurlar haqqında danışacağıq. Sərgiyə böyük uğurlar arzulayıram, bütün qonaqlara bir də xoşgəlmisiniz deyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti