...

Əhməd Davudoğlu: Türkdilli xalqlar müxtəlif ölkələrdə yaşasalar da, eyni millətdirlər

Siyasət Materials 4 İyun 2014 20:39 (UTC +04:00)
Türkdilli xalqların müxtəlif dövlətlərdə yaşamasına baxmayaraq, onlar eyni millətdirlər.
Əhməd Davudoğlu: Türkdilli xalqlar müxtəlif ölkələrdə yaşasalar da, eyni millətdirlər

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Türkdilli xalqların müxtəlif dövlətlərdə yaşamasına baxmayaraq, onlar eyni millətdirlər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN Şurasının iclasında deyib.

O, qeyd edib: "Bizim xalqlarımız, hökumətlərimiz və bütün dünya şahiddir ki, türkdilli xalqlar müxtəlif ölkələrdə yaşasalar da, eyni millətdirlər".

Nazir vurğulayıb ki, ümumi dəyərlərə əsaslanan dil, din, tarix və mədəniyyət qardaş xalqları sıx birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti