...

İran parlamenti Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq sazişini ratifikasiya edib

Siyasət Materials 10 İyun 2014 16:10 (UTC +04:00)
İranın İslami Şura Məclisi (parlament) "Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib.
İran parlamenti Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq sazişini ratifikasiya edib

Azərbaycan, Bakı, 10 iyun /Trend müxbir T.Cəfərov/

İranın İslami Şura Məclisi (parlament) "Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib. Bu barədə Trend ILNA agentliyinə istinadən məlumat verir.

Saziş Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İranın dövlət başçıları tərəfindən 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.

Məlumata əsasən, İran parlamentinin bu gün keçirilən iclasında 222 nümayəndə iştirak edib. Onlardan 168-i qanun layihəsinin qəbul edilməsinin lehinə səs verib.

Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Hüseyn Nəqəvi Hüseyni deyib ki, Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında saziş Sovet İttifaqı dağıldıqdan sonra Xəzəryanı ölkələr arasında imzalanmış ən əhəmiyyətli sənəddir.

H.N.Hüseyni bildirib ki, Xəzəryanı ölkələr həmin saziş əsasında terrorizmə, mütəşəkkil cinayətkarlığa, silah və narkotik qaçaqmalçılığına qarşı və bu kimi sahələrdə birgə əməkdaşlıq edə bilərlər: "Saziş, həmçinin kənar qüvvələrin Xəzərin təhlükəsizliyinin təmininə müdaxiləsinin qarşısını ala bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti