...

Əhməd Davudoğlu: Ankara Mosuldakı vətəndaşlarını istənilən yolla azad edəcək

Siyasət Materials 12 İyun 2014 15:27 (UTC +04:00)
Heç kimin Türkiyənin səbrini sınağa çəkməyə haqqı yoxdur və Ankara Mosuldakı vətəndaşlarını istənilən yolla azad edəcək.
Əhməd Davudoğlu: Ankara Mosuldakı vətəndaşlarını istənilən yolla azad edəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir R.Hafizoğlu/

Heç kimin Türkiyənin səbrini sınağa çəkməyə haqqı yoxdur və Ankara Mosuldakı vətəndaşlarını istənilən yolla azad edəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, Ankara Türkiyə vətəndaşlarının terrorçu qruplaşmanın yaraqlılarının əlində əziyyət çəkməsinə yol verməyəcək.

Qeyd edək ki, Dünən Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum edilib və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti