Birinci xanım Mehriban Əliyeva: İdmanın inkişafı, Olimpiya dəyərlərinin təbliği Azərbaycanın siyasətinin prioritetlərindən biridir (FOTO)

Birinci xanım Mehriban Əliyeva: İdmanın inkişafı, Olimpiya dəyərlərinin təbliği Azərbaycanın siyasətinin prioritetlərindən biridir (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən mükafata layiq görülmək və qədim yunan torpağında bu nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu gün sizin hamınızla birlikdə bu gözəl mərasimdə iştirak etmək məndə məmnunluq hissi doğurur. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidorosa və akademiyanın bütün üzvlərinə Olimpiya dəyərləri və prinsiplərinin təbliğində mənim fəaliyyətimə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm". Trend-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Mehriban Əliyeva daha sonra deyib: "Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Biz "Bakı-2015" Təşkilat Komitəsinə dəstək göstərmək üçün birgə çalışırıq".

Birinci xanımın sözlərinə görə, bu gün Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür: "İdmanın inkişafı, Olimpiya dəyərləri və ideallarının təbliği bizim ölkəmizin siyasətinin prioritetlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra biz Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizdə idmanın inkişafına verdiyi diqqəti həmişə hiss etmişik. Şəxsən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bizim təşəbbüslərimizi dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm".

Mehriban Əliyevanın bildirdiyinə görə, müstəqil ölkə kimi Azərbaycan Olimpiya Oyunlarında 20 ildən az müddətdir ki, iştirak edir və oyunlardan oyunlara daha da çox medallar qazanan idmançılarımızın uğurları bizi fərəhləndirir: "Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar ki, onlardan ikisi qızıl olmuşdur. Azərbaycan Yay Olimpiya Oyunları iştirakçıları arasında medalların sayına görə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutmuşdur. Biz, həmçinin idman infrastrukturunun inkişafına çoxlu sərmayə yatırırıq".

Birinci xanım qeyd edib ki, son 10 il ərzində ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzi tikilib: "İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi. Biz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinə minnətdarıq. Baxmayaraq ki, Olimpiya Oyunlarının vətəni Avropa sayılır, digər qitələrlə müqayisədə Avropa Oyunları əvvəllər heç vaxt keçirilməmişdir.
Bizim üçün Avropa Oyunlarının təşkili milli qurur və məsuliyyət məsələsidir. Sizə onu deyə bilərəm ki, bu qərar Azərbaycan xalqı tərəfindən ciddi şəkildə dəstəklənmişdir. 2015-ci il ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi, sizi əmin edə bilərəm ki, biz Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, idmançılar və nümayəndə heyətlərinin üzvləri, qonaqlar və yerli vətəndaşlar üçün mükəmməl şəraitin yaradılması istiqamətində əlimizdən gələni edəcəyik. Əminəm ki, Oyunlar dostluq və həmrəylik ab-havasında keçiriləcəkdir".

Fürsətdən istifadə edərək yunan xalqına xoşbəxtlik və firavanlıq arzu edən Mehriban Əliyeva bildirib ki, Yunanıstan qədim tarixə, mədəniyyətə və ənənələrə malik olan bir ölkədir: "Yunanıstan xalqı əsrlər boyu öz mədəni və tarixi irsini bəşəriyyət üçün qorumuşdur. Mən çox şadam ki, Azərbaycan və Yunanıstan arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və bir çox sahələri əhatə edir. Qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq hər iki ölkəyə fayda verir. Biz yaxşı tərəfdaşıq və dostuq.
Sonda əziz dostlar, sizə bu nüfuzlu mükafatı mənə təqdim etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizin hamınızı Avropa Oyunlarına dəvət edirəm və bizimlə birlikdə idman, həmrəylik və dostluq bayramından zövq almağınızı istəyirəm. Bir daha çox sağ olun. Sizə gələcəkdə uğurlar arzulayıram".

Sonra Yunanıstanın mədəniyyət və idman naziri Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək yüksək mükafata layiq görülməsi münasibətilə Mehriban Əliyevanı təbrik etdilər.

Mərasim konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, iyunun 16-da Afinada Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatı təqdim edilmişdir.

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı. Mərasim Olimpiya himninin oxunması ilə başladı.

Akademiyanın prezidenti İsidoros Kuvelos mərasimdə çıxış edərək Olimpiya hərəkatının yaranmasının 200 illiyinin tamam olduğunu bildirdi. O, Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq etdi.

Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırlatdı və bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söylədi.

Sonra Olimpiya dəyərlərinin və prinsiplərinin təbliğindəki xidmətlərinə görə Azərbaycanın birinci xanımına Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" xüsusi fəxri mükafatı təqdim olundu.

Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim etdi.

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda dövriyyədə 22 milyarddan çox pul var
General-mayor Mustafa Nəsirovun 100 illik yubileyi qeyd edilib
İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Türkologiya Konqresində onlayn iştirak edib (FOTO)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)
Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)
Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)
Naftalanda küçələr təmir edilir (FOTO)
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
Suraxanı rayonunda 50-yə yaxın narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib
Film çəkilişi zamanı operatoru güllələyən Alek Bolduin sərbəst buraxılıb
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Adaptiv Strateji İdarəetmə Proqramı yeni qrupların təliminə başlayır
Azərbaycanda bank kartlarının sayı artıb
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb
Rusiyada barıt zavodundakı partlayışda 16 nəfər ölüb
Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub
Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb (FOTO)
"Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev
2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev
Kürdəmirin sabiq icra başçısı 8 il 6 ay azadlıqdan məhrum edildi
Vəkil Rövşən Əkbərova bəraət istədi
Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini
Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ
İndiyə qədər 19 məktəb, 505 sinif distant formaya keçirilib
İnanırıq ki, yaxın gələcəkdə Zəngilan ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq - Səttar Möhbalıyev
Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti
Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq (FOTO)
Azərbaycanla Britaniya arasında enerji əməkdaşlığı müzakirə edilib
Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev
Badamdarda sürüşmənin qarşısını almaq üçün görülən tədbirlər açıqlandı (FOTO)
Yol polisi “saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib
Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır (ÖZƏL)
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrinin icra vəziyyəti açıqlanıb (VİDEO)
BMT və Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb
BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır - Təşkilat rəsmisi
ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
Vahid əlaqələndirmə mərkəzlərinə 2100-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib
Salyanda evdən çıxan COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanla dənizdə külək enerjisi üzrə yol xəritəsi hazırlayır (ÖZƏL)
Antalya iş adamları Azərbaycanda (FOTO)
Qaradağda ər arvadını məftillə boğub öldürüb
Hacıqabulda evdən oğurluq edən şəxsin üzərindən narkotik də götürülüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər
Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub (FOTO)
Ağdaşda karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib (FOTO)
ABŞ İranla birbaşa danışıqlara hazırdır
İsraildə koronavirusun yeni ştammına daha 5 yoluxma qeydə alınıb
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb
Bayden iqlim dəyişikliyini bəşəriyyət üçün təhlükəli hesab edib
Bu gün hava əsasən yağmursuz keçəcək
Kraliça II Elizabet gecəni xəstəxanada keçirib
ABŞ-da film çəkilişi zamanı atışma olub, ölən və yaralanan var
Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub
Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək
Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Bütün xəbərlər