...

Bakıda Böyük Britaniya Kraliçasının doğum günü qeyd olunub

Siyasət Materials 17 İyun 2014 21:07 (UTC +04:00)
Bu gün Bakıda Böyük Britaniya kraliçası ll Elizabetin doğum günü münasibəti ilə qəbul təşkil olunub.
Bakıda Böyük Britaniya Kraliçasının doğum günü qeyd olunub

Azərbaycan, Bakı, 17 iyun/ Trend, müxbir S.Əhmədova/

Bu gün Bakıda Böyük Britaniya kraliçası ll Elizabetin doğum günü münasibəti ilə qəbul təşkil olunub. Trend xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın ictimai və siyasi xadimləri və digər qonaqlar iştirak edib.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq qonaqları salamlayaraq qeyd edib ki, iki ölkə arasında enerji, siyasi, biznes, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq yüksək səviyyədədir.

Səfir bildirib:" Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük sərmayeçisidir".
İ.Sıddıqın sözlərinə görə, azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər.

Səfir vurğulayıb ki, Britaniya Xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafının bariz nümunəsidir. İ.Sıddıq iki ölkə arasında əlaqələrin bundan sonra daha da inkişafına ümid etdiyini bildirib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidentinin Britaniya kraliçasının doğum günü münasibətilə təbriklərini çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir: "Neft və qaz sektoru burada ən bariz nümunədir. Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalatında və dünya bazarlarına çıxarılmasında
mühüm rol oynayıb".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı da daxil olmaqla çoxsaylı azərbaycanlı tələbə öz təhsilini Birləşmiş Krallıq da davam etdirir.

Xəbər lenti

Xəbər lenti