...

Sergey Lavrov ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 18 İyun 2014 11:43 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Sergey Lavrov ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti