Azərbaycan, Bakı, 25 iyun /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Prezidenti Xuan Manuel Santosa təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd olunur: "Kolumbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı istiqamətində atılan ardıcıl addımlar böyük məmnunluq doğurur. Ümidvaram ki, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kolumbiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".