...

Martin Şults yenidən Avropa Parlamentinin sədri seçildi

Siyasət Materials 1 İyul 2014 16:02 (UTC +04:00)
Avropa Parlamentinin (AP) Sosialistlər fraksiyasının lideri alman Martin Şults yenidən AP-nin sədri seçilib.
Martin Şults yenidən Avropa Parlamentinin sədri seçildi

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Avropa Parlamentinin (AP) Sosialistlər fraksiyasının lideri alman Martin Şults yenidən AP-nin sədri seçilib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, M.Şultsun namizədliyini AP-nin Strasburqdakı birinci sessiyasında parlament üzvlərinin əksəriyyəti dəstəkləyib.

Avropa Parlamentinin iri fraksiyaları - Avropa Xalq Partiyası (AXP), sosialistlər və liberallar parlament koalisiyası yaratmaq qərarına gəldiyinə görə səsvermə formal xarakter daşıyırdı. AXP və liberallar sədrlik postuna namizəd irəli sürmədi. 751 səsdən 412-si adıçəkilən üç siyasi qrupa aiddir.

M.Şults önümüzdəki 2 il yarım müddətində Avropa Parlamentinə rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti