...

İran Küveyt, Oman və BƏƏ ilə İraqdakı hadisələri müzakirə edir

Siyasət Materials 7 İyul 2014 10:14 (UTC +04:00)
İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian bu gün Küveytə səfər edib.
İran Küveyt, Oman və BƏƏ ilə İraqdakı hadisələri müzakirə edir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İranın xarici işlər nazirinin mavini Hüseyn Əmirabdullahian bu gün Küveytə səfər edib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

H.Əmirabdullahian Küveytdən Omana, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Məlumata əsasən, səfər zamanı H.Əmirabdullahian bu üç ölkə rəsmiləri ilə bölgədəki son durumu, İraq və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, bundan öncə iyunun 30-da H.Əmirabdullahian Rusiyaya səfər etmiş və Rusiya rəsmiləri ilə İraq və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti