...

Azərbaycan Silahlı Qüvvələri üçün xüsusi hərbi ixtisaslar üzrə daha geniş miqyasda mütəxəssislər hazırlanacaq

Siyasət Materials 11 İyul 2014 11:13 (UTC +04:00)
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Azərbaycan Ordusu üçün geniş profildə mütəxəssislər hazırlayacaq.
Azərbaycan Silahlı Qüvvələri üçün xüsusi hərbi ixtisaslar üzrə daha geniş miqyasda mütəxəssislər hazırlanacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC Azərbaycan Ordusu üçün geniş profildə mütəxəssislər hazırlayacaq. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasının 2-ci illik fəaliyyətinə dair hesabat tədbirində Cəmiyyətin sədri Şəhvələd Əliyev bildirib.

Ş.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı" təsdiq edilib. Bununla əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb.

Onun sözlərinə görə, Cəmiyyətin filiallarında vətəndaşların texniki ixtisaslar üzrə hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir: "Azərbaycan Ordusunun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi Cəmiyyətimiz tərəfindən təmin edilir. Bundan əlavə, sifariş əsasında ordumuz üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ixtisas üzrə hazırlıqlar isə peşə liseylərindən müqavilə əsasında cəlb edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir".

Ş.Əliyev həmçinin qeyd edib ki, aşpaz kursları yalnız Cəmiyyətin Sabunçu, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında həyata keçirilir: "Növbəti mərhələdə sifarişdən asılı olaraq bu kursların Yevlax, Mingəçevir, Gəncə şəhərlərində, eyni zamanda Balakən və Tovuz rayonlarında da təşkil edilməsi nəzərdə tutulub".

Cəmiyyətin sədri əlavə edib ki, hesabat dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi ilə 15000 nəfər "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü, 253 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq hazırki dövrədək 82620 nəfər müxtəlif kateqoriyalar üzrə sürücü mütəxəssis, eyni zamanda 154 nəfər həvəskar paraşütçü hazırlanıb: "Gələcəkdə MMC tərəfindən daha geniş miqyasda və peşəkar mütəxəssislərin hazırlanması üçün yeni avadanlıqların, texnikaların, təlim vasitələrinin və paraşütlərin alınması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti