...

Zakir Həsənov Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 23 İyul 2014 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti