Azərbaycan, Bakı, 2 avqust /Trend/
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Rusiyada görüşəcəklər. Trend İnterfax agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.
"Prezidentlərin Soçi görüşü avqustun 8 və ya 9-də keçiriləcək. Ümid edirik ki, görüşdə çox vacib razılaşmalar əldə olunacaq", - şənbə günü jurnalistlərə O.Abramyan bildirib.