...

Səfir: Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır

Siyasət Materials 5 Avqust 2014 11:22 (UTC +04:00)
Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır. Trend-in məlumatına görə, bu barədə Ruminyanın Azərbaycandakı səfiri Kristian Çiobanu "NATO-nun 2014-cü il Uels Sammiti: Proqnozlar və Perspektivlər" adlı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Səfir: Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır. Trend-in məlumatına görə, bu barədə Ruminyanın Azərbaycandakı səfiri Kristian Çiobanu "NATO-nun 2014-cü il Uels Sammiti: Proqnozlar və Perspektivlər" adlı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, NATO ilə Azərbaycan arasına əlaqələr ötən illərdə güclü inkişaf edib. Səfir bildirib ki, NATO ilə Azərbaycan demokratiya, institutsional və müdafiə sahəsində islahatlar ilə bağlı fəal əməkdaşlıq edir və digər bir çox sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirib.

K.Çiobanunun sözlərinə görə, NATO həmçinin silahlı qüvvələrin təlimi və moderinləşdirilməsi sahəsində Azərbaycana köməklik göstərir.

Səfir əlavə edib ki, NATO ilə Azərbaycan arasında siyasi dialoq bir çox sahələri əhatə edir. K.Çiobanu vurğulayıb ki, Azərbaycanın Əfqanstanda İSAF əməliyyatlarına dəstəyi və Azərbaycanın beynəlxalq anti-terror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstəyi Azərbaycanın NATO ilə praktiki əməkdaşlığının və regionda təhlükəsizliyin təmini ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir və NATO bunu çox yüksək qiymətləndirir.

Səfir əlavə edib ki, NATO-nun 2014-cü ildən sonra Əfqanstandakı missiyası çərçivəsində NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.

K.Çiobanu əlavə edib ki, Azərbaycan ilə NATO arasında sıx əməkdaşlıq Qara Dəniz və Xəzər Dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir: "NATO və Avropa Birliyinin bir üzvü olaraq, Ruminya Azərbaycanın Avropa və Avro-Atlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti