...

Helqa Şmidt: Avropa İttifaqı Şərqi Avropadan olan tərəfdaşları ilə əməkdaşlığın möhkəmləndirilməsinə qətiyyətlə sadiqdir

Siyasət Materials 9 Sentyabr 2014 11:55 (UTC +04:00)
Avropa İttifaqı Şərqi Avropadan olan tərəfdaşları ilə siyasi assosiasiyaların, iqtisadi inteqrasiyaların irəlilədilməsinin davam etdirilməsinə əvvəlki kimi qətiyyətlə sadiqdir.
Helqa Şmidt: Avropa İttifaqı Şərqi Avropadan olan tərəfdaşları ilə əməkdaşlığın möhkəmləndirilməsinə qətiyyətlə sadiqdir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbirlər Səbinə Əhmədova, Elmira Tariverdiyeva/

Avropa İttifaqı Şərqi Avropadan olan tərəfdaşları ilə siyasi assosiasiyaların, iqtisadi inteqrasiyaların irəlilədilməsinin davam etdirilməsinə əvvəlki kimi qətiyyətlə sadiqdir. Trend xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşünün açılışında deyib.

O bildirib: "Biz xarici siyasət və təhlükəsizliyin bir sıra məsələləri üzrə əməkdaşlığımızın və koodinasiyamızın gələcəkdə möhkəmlənəcəyinə çox inanırıq".

Şmidtin sözlərinə görə, onun Bakıda vətəndaş cəmiyyətinin qadın nümayəndələri ilə çox maraqlı görüşü olub. Görüşdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məsələləri və bütün dünyada qadınların problemləri müzakirə olunub.

Qeyd edək ki, çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü öz işinə başlayıb.

Görüşün əsas məqsədi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və Vilnüsdə ötən il keçirilən zirvə toplantısından sonra əldə olunan irəliləyişlərin müzakirəsidir.

Görüşün yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helq Şmidt, Gürcüstan, Moldovanın XİN rəhbərləri, Belarus və Ukraynanın xarici işlər nazirləri müavinlərinin iştirak etdiyi görüşdə Ermənistan təmsil olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti