...

Elmar Məmmədyarov: Azərbaycan ATƏT-in gələcək sədri Serbiyanın Dağlıq Qarabağa dair mövqeyini mühüm hesab edir

Siyasət Materials 10 Sentyabr 2014 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan və Serbiya arasında dərin əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, indiki danışıqlarda siyasi məsələlər, xüsusilə münaqişələr müzakirə edilib: "Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Bu baxımdan, Dağlıq Qarabağ problemi üzrə Serbiyanın mövqeyi vacibdir".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan yol tikintisi üçün Serbiyaya 300 milyon avro dəyərində kredit ayırıb.

Onun sözlərinə görə, tezliklə iki ölkə arasında müştərək komissiyanın görüşünün keçirilməsi planlaşdırılır.

E.Məmmədyarov həmçinin qeyd edib ki, Azərbaycan ilk Avropa Oyunlarında Serbiya nümayəndələrinin iştirakına ümid edir.

Qeyd edək ki, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycanda rəsmi səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti