...

Xəzəryanı ölkələr 2016-cı ildə birgə təlimlər keçirəcəklər

Siyasət Materials 29 Sentyabr 2014 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Moskva Xəzəryanı ölkələrə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana 2016-cı ildə fövqəladə reaksiya vermə xidmətlərinin birgə irimiqyaslı təlimlərini keçirməyi təklif edib.

Trend-in RİA Novsoti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin IV Xəzər sammitinin geniştərkibli iclasında deyib.

V. Putin qeyd edib: "Birinci addım kimi 2016-cı ildə beş ölkənin iştirakı ilə fövqəladə reaksiya vermə xidmətlərinin irimiqyaslı təlimlərini keçirməyi təklif edirik ki, bu da təcrübədə xilasetmə bölmələrinin məlumatlandırma və əlaqələndirmə prosedurlarını işləməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti