Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Yelena Kosolapova/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin ölkəsində keçirilməsini təklif edib.
Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu təklifi Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitinin iclasında irəli sürüb.
O qeyd edib: "Məhdud tərkibdə keçirilən görüşdə növbəti sammitin Qazaxıstanda keçirilməsinə dair təklif irəli sürüldü. Əgər siz razı olsanız, sammit Qazaxıstanda keçirilə bilər".
N.Nazarbayev belə görüşləri hər iki ildən bir keçirməyi də təklif edib.